Babayevlər imperiyası: Bakıdan Dubaya qədər əyləncə - I YAZI (FOTOLAR)
Son vaxtlar mediada məmur və övladlarının dəbdəbəli həyat tərzləri tez-tez gündmə gəlməyə başlayıb. İqtisadi böhran fonunda bu mövzu xüsusilə aktual görünür. Çünki indi az qala hər kəsi bir sual düşündürür: neftdən gələn milyardalar hara və necə buxarlandı?

Normal ölkələrdə hansısa iş adamının və ya övladlarının milyonları necə xərcləməsi
bunca qıcıq yaratmaz. Hər nə olsa da, bu onların şəxsi və qanuni qazanılmış
varidatıdır. Amma Azərbaycanda təəssüf ki, nə rəsmi milyonçu var, nə də qanuni
qazanılmış milyonlar.

Üstəlik, Azərbaycanda biznes mühiti məmur həyatı ilə sıx bağlıdır, ondan ayrı
mövcud deyil. Təsadüfi deyil ki, Azərbaycanda biznesdən danışılanda ilk ağla gələn
məmur oliqarxlardır. Doğrudan da, Azərbaycan biznesində at oynadan bütün şirkətlər
indiki və ya sabiq məmurlara bağlıdır. 

Qaynar.info-nun budəfəki araşdırmasının da mövzsusu 1999-2005-ci illərdə
Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri,  2005-2008-ci illərdə isə İqtisadi
İnkişaf Naziri vəzifələrində çalışmış Heydər Babayev və onun yaxınlarının "biznes
imperiyası"dır.

Araşdırmamız zamanı bu "imperiya"nın sərhədlərinin çox maraqlı konturları
üzə çıxdı. Detallar və faktlar o qədər çoxdur ki, bunları bir yazıda toplamaq
qeyri-mümkündür. 

Öncə Heydər Babayevin qardaşı, Neft Bazasının keçmiş rəhbəri Yaşar Babayev
, onun oğlu Niyaz Babayev, onların Bakıdakı və Dubaydakı fəaliyyətləri, Hacı
Məmədov işindən xatırladığımız və hazırda Azərbaycandan qaçıb gizlənən
Cavadağa Sultanovla əlaqələri, dəbdəbəli həyat tərzləri haqqında olacaq.

Yazının əvvəlində vurğuladığımız kimi, Yaşar Babayev də bizim digər oliqarxlarımız
kimi bu sərvətə heç də hansısa nou-hau və ya uğurlu biznes layihəsi əsasında
yiyələnməyib. Qardaşı nazir, özü Neft Bazasının rəhbəri olduğu zamanlarda qısa
müddətdə fantastik sərvətə sahib çıxıb. Məhz bunun nəticəsidir ki, Bakıda, Türkiyədə,
Dubayda çoxsaylı villalar və obyektlərin sahibidir. Yaşar Babayevin təkcə ötən yay
Bakıda tikdirdiyi fantastik villasının dəyəri 20 milyon dollardan artıqdır!!!
Dubay şeyxlərinin dəbdəbəli iqamətgahlarını belə kölgədə qoyan bu villa haqqında
əlimizdə olan detallı məlumat və fotoları növbəti yazımızda təqdim edəcəyik.

Bakı Neft Bazasının keçmiş direktoru Yaşar Babayevin işdən azad edilməsinin
səbəblərindən biri də onun övladının "superbahalı" maşınlardan asılılığı
olmuşdu. Buna baxmayaraq Niyaz Babayev öz sərvətini sosial şəbəkələrdə
reklam etməkdən hələ də vaz keçməyib və görünür bundan böyük zövq alır.  

Rəsmi olaraq Niyazın adına Bayıl tərəfdə yerləşən beşulduzlu
(əslində üç ulduza güclə çatar) "Crown Plaza" oteli var ki, burada nömrələrin
qiyməti orta hesabla 200 manatdır. Şəhərin kənarındakı əksər hallarda boş olan
bu obyekt öz gəliri ilə Niyaz Babayevin milyonlarla dollarlıq hesablarını və
səyahətlərini ödəməyə bəs edərmi? Niyaz Babayev qüdrətli əmisinin vəzifədə olduğu
vaxtlarda Azərbaycan Dövlət Neft Akademiyasında oxuyub. Atasının neft sferasında
o vaxtkı nüfuzunun sayəsində o, oxumağa o qədər də meyl etməyib, şən yaşayıb və
ürəyi istəyən kimi əylənib. 

Bakının gecə əyləncələrinin vurğunu olub. Heydər Babayevin işdən azad
edilməsindən sonra Bakıda qalmağın mənası da yox idi. Məmurlar əvvəlki kimi
onun qarşısında əmrə müntəzir dayanmırdılar. Odur ki, Yaşar Babayevin oğlu
özünü Dubaya çatdırdı. Dubaya getmək üçün bəhanə xeyli tutarlı olub: təhsil.
Bəs necə, 600 -700 balla ali məktəblərə daxil olan savadlı gənclərimiz bulka
almağa pul tapa bilmədiyi bir vaxtda sabiq nazirin qardaşı oğlu "Bentley"də
şütüyürdü və Dubayın elit rayonunda - əfsanəvi "Palm Cumeyrah" adalarında
yerləşən dəbdəbəli villasında yaşayırdı. Bu adada adi vilların qiyməti belə 2 milyon
dollardan başlayır. Bəli, Dubay varlılar üçün cənnətdi. Niyaz Babayev dünyanın
ən yaxşı kurortlarına səyahətlərini davam etdirir. Axı planetdə belə yerlər nə qədər
istəsən var. Həm də müxtəlif cür istirahət etmək olar. Ekstremal idmanla əylənmək,
Avstraliyada koala ayısını öz əllərinlə yemləmək, D.Keruakın "Yollarda" əsərinin
qəhrəmanının izi ilə gəzmək... 

O, ərəb şahzadələrinin getdiyi ən bahalı məkanlarda əylənir - Kann,
Monako, Marbelyu, Sent-Rope, "Gotha" klubu, İstanbulun "Reina" klubu və s. 

Aparılan araşdırmalar zamanı bəlli oldu ki, uzun müddət Bakı Neft Bazasına
rəhbərlik etmiş Yaşar Babayevin xaricdəki biznesi oğlu Niyazın adına sənədləşib.
Həm Azərbaycanda, həm xaricdə mülkləri, biznes sahələri var. Ümumiyyətlə,
Heydər Babayev işdən çıxarılandan sonra onun yaxın qohumları daha çox
xaricdəki mülklərində yaşamağa üstünlük veriblər. Bu baxımdan maraqlıdır,
rəsmi olaraq heç bir ciddi gəlir mənbəyi olmayan Niyaz Babayevin və
qohumlarının xarici ölkələrdəki dəbdəbəli istirahətlərini nə ilə maliyyələşdirirlər? 

Ölkənin birinci şəxsi tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq Niyaz Babayev
Bakıda da "Bentley”lə şütüyür. Bunu da başa düşmək olar. Belə "VİP-persona”
qotur "Şkoda”da gəzəsi deyil ki... Sevimli bala təhlükəsizlik kəməri taxmağa da
ehtiyac görmür, əvəzində 9 yaşlı qohumunu ön oturacaqda əyləşdirib şütüməyə
üstünlük verir.  Nə qayda-qanun axı? Qayda-qanun DYP üçündür, bunun Niyaza
nə dəxli var?!

Sadəcə olaraq bunu bilməyi çox istərdik ki, rəsmi olaraq heç bir ciddi gəlir
mənbəyi olmayan Niyaz Babayevin dəbdəbəli istirahətlərini və əyləncələrini
davam etdirməyə imkan verən bu qədər pulu haradandır?

Aşağıda sizə Niyaz Babayevin dəbdəbəli həyat tərzini əks etdirən bəzi fotoları
təqdim edirik:















 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300