"Çelsi" "Real"ın yarımmüdafiəçisini icarəyə götürüb
"Real"ın yarımmüdafiəçisi Mateo Kovaçiç "Çelsi"nin London klubunda çıxış edəcək.
"Report” xəbər verir ki, bu barədə Madrid komandasının mətbuat xidməti məlumat yayıb.
Xorvat futbolçu 2018/2019-cu illər mövsümünün sonunadək icarə əsasında London klubunda çıxış edəcək.