bitmap-img6

Neftçala Rayonu Bankə qəsəbə sakini, Qarabağ Müharibəsi veteranı Babayev Abduləli Adbala oğlu Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə şok müraciət ünvanlayıb. Qarabağ Müharibəsi Veteranı prezidentdən haqqını tapdalayanların, onun və ailəsinin ünvanına nalayiq sözlər yağdıran məmurun cəzalandırılmasını xahiş edib..

Müraciəti olduğu kimi təqdim edirik…

Çox hörmətli Prezident!

"Sizə məlum edirəm ki, mən Qarabağ müharibəsi veteranıyam. Vətənimizin üstünü qara buludlar alanda bir çox vətən fədailəri kimi mən də silaha sarılaraq erməni qəsbkarlarına qarşı vuruşmuşam.

Mən o vaxt bilmirdim ki, vaxt gələcək mənim göstərdiyim xidmətlər əvəzində öz ailəsində qayda-qanun yarada bilməyən, vətən qarşısında heç bir xidməti olmayan, dövlətin qanun-qaydalarını qulaqardına vuran, hansısa İcra məmurunun kölgəsində fırlanan alçaq xislətli bir qadın məni və mənim qızımı camaat qarşısında biabır edəcəkdir.

Mən 12 fevral 2016-cı ildə ailəmin çətin maddi vəziyyəti ilə əlaqədar Neftçala rayon İcra başçısı İ.Vəliyevin qəbuluna qızım Səbinə ilə bərabər yazılmışdım. Biz səhər saat 9:00-dan saat 13:00-dək gözləsək də İcra başçısı qəbula gəlmədi. Mən soruşduqda ki, icra başçısı bizi niyə qəbul etmir? Orda olan İcra başçısının Neftçala şəhəri üzrə yeni təyin olunmuş  nümayəndəsi Gülqədəm Mirzəzadə qeyzlə mənim qızımın üstünə çığıraraq dedi ki, neyləyirsiniz İcra başçısını?

Qızım dedi ki, biz öz dərdimizi ona şəxsən söyləməliyik . O da əvəzində daha da qızışaraq camaat içində əvvəlcə qızımı, sonra da məni təhqir və söyüşlərə məruz qoymaqla Azərbaycan Respublikasının "Dövlət  qulluqçularının etik davranış qaydalları haqqında Qanun "una və "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında  Qanunu”na , eləcə də Azərbaycan Respublikasının Konstitusiyasına tüpürərək öz xasiyyət və xislətini biruzə verdi. Ölkənin bu günki durumunda Prezidentdən tutmuş Nazirə qədər xalqla təmasda olduğu halda, ona yüksək etimad göstərilib, məsul vəzifəyə təyin edilməyindən utanmayaraq mənə, Vətən müdafiəçisinə və övladına qarşı edilən bu cür hərəkətə nə ad vermək mümkündür?

Mən təhqir olunmuş bir şəxs kimi və bir valideyn kimi tələb edirəm Azərbaycan Respublikasının Qanunlarına hörmətsizlik edən bu qadın tutduğu vəzifəyə layiq olmadığı üçün o kreslonu tərk etsin, təhqir və söyüşə yol verdiyi üçün Qanun qarşısında cavab versin”.

P.S

Redaksiyaya daxil olan müraciətlə bağlı Bizimxeber.az-ın əməkdaşı qısa bir araşdırma aparıb. Bəlli olub ki,  İcra başçısının Neftçala şəhəri üzrə yeni nümayəndəsi Gülqədəm Mirzəzadə bu posta təyin olunan gündən rüşvət yıqmaqla məşguldur… Tək müharibə veteranı ilə deyil bütün insanlarla kobud rəftarda bulunan bu qadın yaranmış problemlərin həlli üçün açıq-aşkar pul tələb edir…

Bu isə rayon sakinlərinin haqlı narazılığı ilə qarşılanır. Həmçinin ilkin araşdırmalarımız zamanı bəlli olub ki, üzun muddət Gülqədəm Mirzəzadə Xıllı qəsəbə nümayəndəsi işləyib və qəsəbədə "rüşvət anası” adı ilə tanınıb. 

Daha bir məlumata görə isə, icra nümayəndəsinin ali təhsili yoxdur… Əgər yoxdursa o zaman onu hansı əsasla rayon icra nümayəndəsi təyin ediblər? Konkret bu fakt ətrafında araşdırmalarımızı davam etdiririk…

İlkin
Bizimxeber.az

Scan30010 Scan30011

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300