Ermənistan hökuməti güzəştə getməyə məcbur olub

 

Ermənistanın yeni hökuməti Rusiyanın sərt mövqeyi və Kremldən ard-arda gələn bəyanatlar qarşısında geriyə addım atmağa məcbur olub.

AZƏRTAC "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, baş qərargahı Moskvada yerləşən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) saytında bu qurumun Yerevanda həbsdə olmuş baş katibi Yuri Xaçaturovun Rusiya paytaxtına gəldiyi və öz səlahiyyətlərinin icrasına başladığı bildirilir.

KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov da bu məlumatı təsdiqləyərək əlavə edib ki, avqustun 4-dən təşkilatın Ermənistandan olan baş katibi Moskvaya gələrək öz vəzifələrinin icrasına başlayıb.

Ermənistanın Xüsusi Təhqiqat Xidmətinin Xaçaturova qarşı irəli sürdüyü ittihamda deyilir ki, o, 2008-ci il martın 1-də Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonunun komandanı olduğu vaxt konstitusiya quruluşunu pozub və etiraz aksiyası zamanı insanların qətlə yetirilməsinə rəhbərlik edib. KTMT-nin baş katibi həbs edilib, sonra girov müqabilində və istintaqla əməkdaşlıq etməsi şərti ilə azadlığa buraxılıb. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, Xaçaturovun həbsdən azad edilməsi Moskvanın kəskin bəyanatlarından sonra baş verib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300