Danimarkada niqaba görə ilk cərimə yazıldı

 

Danimarkanın Horsholm şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin ticarət mərkəzlərindən birində niqab taxmış qadına ölkədə ilk dəfə cərimə yazıblar, Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir.

 

Polislər iki qadın arasında baş vermiş davaya görə ticarət mərkəzinə gəliblər. Dava edən iki qadından birinin digərinin üzündəki niqabı çıxarmağa çalışdığı bildirilir.

Polis nümayəndələrinin sözlərinə görə, dava zamanı onlardan birinin üzündəki niqab düşüb, lakin polis gələn vaxta qadın yenidən niqabı taxıb.

Polisin baş geyimini çıxarmaq təklifini rədd edən qadın 134 avro cərimələnib.

Qeyd edək ki, avqustun 1-dən Danimarkada ictimai yerlərdə üzü bağlayan baş geyimlərinə qadağa qoyulub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300