zahid-oruc3

Milli Məclisin deputatı Zahid Oruc yeni təklif səsləndirib. Deputat Müdafiə Sənayesi Nazirliyinin mövcud iqtisadi şəraitdə ləğv olunaraq, başqa nazirliyə birləşdirilməsini mümkün sayıb.

"Hazırki dövrdə dövlət idarəetmə sistemində aparılan islahatlar çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin başqa nazirliyə, məsələn, İqitsadi İnkişaf yaxud Müdafiə nazirliklərindən birinə birləşdirilməsini normal qarşılayaram. Mahiyyət etibarilə Müdafiə Sənayesi Nazirliyi bir sənaye qrupudur və çoxsaylı zavodlardan ibarətdir. Onun nazirlik statusu daşımasını qoy hökumət üzvləri gözdən keçirsinlər”.

Bununla belə, deputat Müdafiə Sənayesi Nazirliyinin fəlaiyyətini vacib bilib və cəmiyyətdə müsbət siqnallarla qarşılandığını deyib.

Müdafiə Sənayesi Nazirliyi ölkə başçısının 16 dekabr 2005-ci il sərəncamı ilə yaradılıb. Elə həmin vaxtdan Nazirliyə Yavər Camalov rəhbərlik edir. ( Modern.az)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300