Azərbaycanlı fəal narkomanların arasında –Ağılasığımaz qərar
Muğan həbsxanasında saxlanılan Güney Azərbaycandan olan milli-mədəni fəal Kiyumərs İslami həbsxana rəisinin əmri ilə oğrular və narkomanların saxlandığı bölməyə köçürülüb.
Teleqraf.com xəbər verir ki, fəalın zindanın ən ağır şəraitdə olan
bölümünə köçürülməsi ilə bağlı qərar onun iyulun 28-də aclıq aksiyasına
başlamasından sonra verilib.
K.İslaminin ailə üzvləri avqustun 1-də Pasrabad Məhkəməsinə
növbəti dəfə müraciət edərək onun azadlığa buraxılması üçün təyin olunan mülki
vəsiqəni təqdim etmək istəyiblər, lakin məhkəmə ETTELAAT-ın bölgə idarəsinin
tapşırığı ilə ikinci dəfə vəsiqəni qəbul etməkdən imtina edib.
Həbsxanada fəalın işgəncəyə məruz qaldığı bildirilir. Halbuki
fəalın dosyesinə baxan hakim yaxın vaxtlarda onun sərbəst buraxılacağını
demişdi.
K.İslami bundan əvvəl də Güney Azərbaycan türklərinin
hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətinə görə dəfələrlə İranın təhlükəsizlik
orqanları tərəfindən həbs edilib