arif qaziyev-ebulfez qarayev

"Deyirlər ki, sən Abbas Abbasovun qohumusan. Təqaüdü sənə buna görə vermirik”

Muğam Teatrının sabiq direktoru, Əməkdar İncəsənət xadimi, Şöhrət ordenli Arif Qaziyev Mədəniyyət və Turizm Nazirliyi və nazir Əbülfəs Qarayevə qarşı ağır ittihamlar səsləndirib.

O, açıqlamasında deyib ki, Muğam Teatrından çıxarılandan sonra Ə.Qarayev ona işlə təmin ediləcəyi barədə söz verib: "Dedi ki, narahat olma, sənə iş verəcəyik. Mənimlə birlikdə işdən çıxarılan şəxslərin hamısına sonradan iş verildi, əksəriyyəti də öz yerində qaldı. Tək məni qoydular qapıya… Onlara Muğam Teatrının binası lazım idi, onu da götürdülər. Daha gedib onların qapısında dayanıb "mənə iş verin” deyə yalvarmayacağam ki… Deyirlər sür dərəyə, sürəcəm, dava-dalaş salmayacağam. Dəfələrlə Əbülfəs müəllimlə üz-üzə gəlirdik. Hər dəfə söz düşəndə "gəl, baxarıq” deyirdi. Gedirdim deyirdilər yoxdur, daha nə qədər gedəcəyəm? Qoymadılar, onlar bilir ki, mən nəyə qadirəm, amma istəmirlər də…”

A.Qazıyev onu da əlavə edib ki, hazırda yeganə istəyi Prezident təqaüdünə layiq görülməsidir: "Onu gözləyirəm, bu təqaüdü almaq mənim də haqqımdır. Adımı göndəriblər, amma hələ vermirlər. Təqdimat göndəriblər, gözləyirəm”.

Rejissor ona Prezident təqaüdünün verilməməsinin səbəbini belə izah edib: "Deyirlər ki, sən Abbas Abbasovun qohumusan. Təqaüdü sənə buna görə vermirik. Anlaya bilmirəm, mənim onunla nə qohumluğum? Bacım oğlunun qudasıdır. Uzaqdan-uzağa, onun mənə nə aidiyyəti? Əmim deyil, dayım deyil, qardaşım deyil. Axı mənim bu mədəniyyətdə xidmətlərim var, onu heç kim dana bilməz”.

A.Qazıyev sonda yaradıcılıq planlarından da danışıb. Bildirib ki, uzun illərdən bəri üzərində işlədiyi layihə olan Azərbaycan muğamlarının sənədli film şəkilində çəklişlərini davam etdirir. (aznews.az)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300