Vidal "Barselona"ya
gedir - razılıq əldə olundu
"Bavariya"nın futbolçusu Arturo Vidalın "Barselona"ya keçidi gerçəkləşmək üzrədir.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı iki klub arasında razılıq əldə olunub. Bu transfer üçün Kataloniya klubunun 20-25 milyon avro təzminat ödəyəcəyi bildirilib.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi ötən mövsüm Bundesliqada 22 matçda 6 qol vurub, 2 qolun ötürməsini verib.