London polisi terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb
London polisinin əməkdaşları terror aktı hazırlamaqda şübhəli bilinən 20 yaşlı şəxsi saxlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onun saxlanılması əməliyyatı şəhərin şimal-qərbində olub. Şübhəli şəxs yaxalandıqdan sonra polis bölməsinə gətirilib.
Əməliyyatın gedişində heç bir polis əməkdaşı xəsarət almayıb.