Avtomobil alanlara pis xəbər:30-1500 manat arası rüsum ödəyəcəksiniz

"Dövlət rüsumu haqqında" Qanuna 12 iyun 2018-ci il tarixli qanunla edilən dəyişiklikdə hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin DYP-də dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğlərinin Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi nəzərdə tutulur.

 

Qaynarinfo xəbər verir ki, bu barədə nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkə hesabında məlumat verib. O, bildirib ki, qanun layihəsi təklif olunanda mahiyyətcə yeni olan rüsumun nə olduğunu anlamayıb, çünkibizim qanunvericilik "özgəninkiləşdirilməsi haqqında müqavilələrin" dövlət qeydiyyatını nəzərdə tutmur:

 

"Qanunlarımız buna bənzər 2 şey nəzərdə tutur:

 

1) müqavilənin notarial təsdiqini;

2) müqavilə pedmetinin (müqavilənin özünün yox, predmetinin, yəni avtomobilin) dövlət qeydiyyatını.

 

31 iyulda Nazirlər Kabineti bu rüsumu təsdiqləyib. Qərarda elə avtomobilin qeydiyyatı nəzərdə tutulur.

 

Özünüz hüquqi kombinasiyaya baxın (Qərarın 1.1-ci bəndindən çıxarış):

 

1.1. Bu normativ hüquqi akt (bundan sonra – akt) ... "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.3-1-ci maddəsinə uyğun olaraq 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına (bundan sonra – minik avtomobillərinin dövlət qeydiyyatına alınması) görə dövlət rüsumunun məbləğlərini müəyyən edir. Nə isə, hüquq nəzəriyyəsini qoyaq kənara...

 

Avtomobil alanlar hazırlaşsınlar. Həmin rüsum avtomobilin istehsal ilindən və mühərrikinin iş həcmindən asılı olaraq 30-1500 manat arasında dəyişir".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300