Naxçıvanda təcili tibbi yardım avtomobilləri istehsal ediləcək

 

Naxçıvan Avtomobil Zavodunda avqust ayından etibarən təcili tibbi yardım avtomobilləri istehsal ediləcək.

"Report"un məlumatına görə, hazırda müəssisədə premium sinif avtomobillərinin yeni modelləri istehsal olunur.

Zavodda "NAZ-Lifan-330” modelində olan avtomobillərin istehsalı həyata keçirilir. Müştəri rəğbəti qazanan yolsuzluq avtomobili sayılan X60 modelində olan avtomobillər isə yeni dizaynda daha da təkmilləşdirilmiş formada yığılır. Zavodda istehsal olunan premium sinif avtomobillərin yeni modellərində müəyyən dəyişikliklər aparılıb. Belə ki, bu yeni model avtomobillər əvvəlkilərdən fərqli olaraq həm avtomat, həm də mexaniki sürət qutusu ilə təchiz olunub. Bu da müştərilərə geniş seçim imkanı verir.

Yaxın günlərdə zavodda "Lifan”ın yeni 650 modellərinin də istehsalı nəzərdə tutulub. Bu da avtomobil sənayesində yeni keyfiyyət dəyişikliklərinin yaranmasına imkan verəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300