Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyində sürücü işləyən Emin Heydər oğlu Baxşıyev öz istəyi ilə işdən çıxıb və siyasi mühacir kimi İsveçrə hökumətinə müraciət edib.

 

Bu barədə Meydan TV-yə Emin Baxşıyevin özü məlumat verib. 1981-ci il təvəllüdlü E.Baxşıyev Sumqayıt şəhərində anadan olub. 1989-99-cu illərdə həmin şəhərdəki 30 saylı orta məktəbdə təhsil alıb, 2003-cü ildə Gəncə Dövlət Universitetini bakalavr dərəcəsi ilə bitirib. 2006-2010-cu illərdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlığı Mərkəzində, 2010-2013-cü illərdə isə Xarici İşlər Nazirliyində fotoqraf kimi çalışıb. 2013-cü ilin oktyabrından Azərbaycanın İsveçrədəki səfirliyində sürücüdür. Ailəlidir, 3 övladı var.

 

Emin Baxşıyevin sözlərinə görə, atası 1997-ci ildə vəfat edib. Bacısı, qardaşı yoxdur. Azərbaycanda yalnız anası yaşayır.

 

Səfirlik əməkdaşı "facebook” səhifəsində Azərbaycanın İsveçrədəki səfirliyinin əməkdaşı olaraq 1 fevral 2016-cı il tarixindən ailəsi ilə birlikdə İsveçrədə sığınacaq istədiyini yazıb. O, "özünə və ailəsinə qarşı təzyiqlərə dözmədiyi” üçün bu addımı atdığını da qeyd edib.

 

Meydan TV məsələni araşdırmaq üçün Azərbaycanın İsveçrədəki səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən bildiriblər ki, bu barədə yalnız Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verə bilər. Nazirliyin sözçüsü Hikmət Hacıyev isə telefon zənglərinə cavab verməyib

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300