İcra başçısının qardaşı oğlu saxlanılıb?  

 

Mingəçevirdə avtomaşınla xuliqanlıq edən şəxs saxlanılıb.

 

Bu barədə rayon sakinləri Arqument.Az-a məlumat veriblər.

 

Onlar deyiblər ki, saxlanılan şəxs Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin qardaşı oğludur.

 

Yol polisindəki mənbə isə bildirib ki, belə bir hadisə baş verib, amma ictimaiyyətdən gizli saxlamağa çalışırlar:

 

"Mingəçevirdə anadan olmuş və hazırda şəhərin A.Ələsgər küçəsi, ev 10-da qeydiyyatda olan 1991-ci il təvəllüdlü Babazadə Telman Şahvəli oğlu avtoşluq edib. Belə ki, 29.07.2018 tarixdə, saat 21.50 radələrində idarə etdiyi avtomaşınla (90 AK 009 dövlət qeydiyyat nişanlı mavi rəngli "Mazeratti Qranturimo") İslamzadə küçəsində əhalinin dincliyinə mane olub. O, cəmiyyətə açıq hörmətsizlik edərək və yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq avtoxuliqanlıq hərəkətləri edib".

 

Mənbə deyib ki, onun bu hərəkəti şəhər sakinləri tərəfindən narazılıqla qarşılanıb: "Sakinlər bu barədə şəhər polis şöbəsinin yol polis bölməsinə müraciət edərək bu barədə ölçü götürülməyini istəyiblər.

 

Sakinlərin dediyinə görə, şəhərdə avtomaşını yüksək sürətlə idarə edən məmurun qardaşı oğlu bu hərəkətləri ilə heç kimə məhəl qoymurdu. Şəhər polis şöbəsi tərəfindən saxlanılan avtoxuliqanın barəsində protokol tərtib edilərək şəhər məhkəməsinə göndərilib.

 

Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək mümkün olmayıb.

 

Zərdab Rayon İcra Hakimiyyətinin sözçüləri isə bu barədə danışmaq istəməyiblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300