Filippində terror aktı törədilib, ölənlər var
Filippində terror aktı törədilib.
Bu barədə "Report" "Sinxua" agentliyinə istinadən məlumat verir.
Məlumata görə, hadisə Basilan vilayətində qeydə alınıb. Belə ki, avtomobilin partladılması nəticəsində azı 6 nəfər həlak olub. Onlar arasında uşaq da var.
"CNN"in məlumatına görə isə, hadisəyə görə məsuliyyəti "Əbu Səyyaf" qruplaşması üzərinə götürüb. Qruplaşma terrorçu İŞİD-ə sədaqət andı içib.