Ermənilərin Azərbaycanın Qaradağlı kəndində törətdiyi qətliamdan 24 il ötür
Bu gün Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı
kəndini işğal etməsindən 24 il ötür.
 
APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya
olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin
dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan
Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra
mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
 
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız
uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə
nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə
yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9
nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.
 
Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin
2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.
 
Qaradağlı indi də işğal altındadır.

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300