Dünyasını dəyişən istiqlalçı deputatlar

 

Həyatda olanlardan isə siyasətdən çəkilənləri də var, aktiv siyasətdə olanları da...

Xəbər verdiyimiz kimi, istiqlalçı deputat Məryəm Həsənova iyulun 28-də 80 yaşında dünyasını dəyişib. O, Siyəzəndə torpağa tapşırılıb.

Uzun illər Siyəzəndə müəllimə, orta məktəb direktoru vəzifəsində çalışmış Məryəm Həsənova milli-azadlıq hərəkatının iştirakçılarından olub. O, 1990-cı ildə keçirilən parlament seçkilərində AXC-dən deputat seçilmişdi. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən, "Müstəqil Azərbaycan” deputat blokunun 43 üzvündən biri idi.

Məryəm Həsənova ile ilgili görsel sonucu

Ölümündən sonra məlum olub ki, istiqlalçı deputat yataqxanada, birotaqlı mənzildə yaşayırmış.

Qeyd edək ki, 1991-ci il martın 7-də parlamentdə səsvermədə müstəqilliyimizin lehinə səs verən 43 nəfər istiqlalçı deputat kimi qəbul olunur. Belə ki, həmin gün Azərbaycan parlamentində "Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbul olunub.

Məryəm Həsənova ile ilgili görsel sonucu

43 deputat referenduma qatılmağın əleyhinə çıxıb. Hazırda onların 26-sı sağdır, 17-si isə dünyasını dəyişib.

Dünyasını dəyişən istiqlalçı deputatlar bunlardır:Məryəm Həsənova, Allahverdi Həsənov, Aydın Məmmədov, Bayram Bayramov, Dilarə Əliyeva, Eldar Bağırov, Ədalət Rəhimov, Əyyam Musayev, Faiq Baxşəliyev, Heydər Əliyev, İsmayıl Şıxlı, Məmməd Xələfov, Mürşüd Məmmədli, Tofiq Bağırov, Şadman Hüseynov, Şahmərdan Cəfərov, Yusif Səmədoğlu.

Həyatda olan istiqlalçı deputatlar isə aşağıdakılardır:

Arif Hacılı - hazırda Müsavat Partiyasının sədridir

İbrahim İbrahimli - sabiq deputat, hazırda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür.

İsa Qəmbər - Müsavat Partiyasının sabiq rəhbəri.

İxtiyar Şirinov- AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.

İsgəndər Həmidov- zamanında daxili işlər naziri olmuş İ.Həmidov 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, "İstiqlal” qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

Sabir Rüstəmxanlı- xalq yazıçısı, VHP sədridir.

Sülhəddin Əkbər, Azad Demokratlar partiyasının sədridir.

Hacıbaba Əzimov -Vahid Azərbaycan Milli Birlik Partiyasının sədridir.

Cümşüd Nuriyev - bir müddət Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993-1995) vəzifəsində çalışıb, həmçinin Təfəkkür Universitetinin professoru olub.

Etibar Məmmədov - 2005-ci il parlament seçkilərindən sonra aktiv siyasətdən uzaqlaşıb.

Fərəc Quliyev - hazırda deputatdır, həmçinin Milli Dirçəliş Hərəkatı Partiyasının sədridir.

Firudin Cəlilov - Azərbaycan Respublikası baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının xalq təhsili naziri (1992-1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri (1993) olmuş Firudin Cəlilov hazırda heç bir vəzifədə deyil. Türkoloq, professordur.

Füzuli Axundov - hazırda rəssamlıqla məşğuldur

Hicran Kərimli - hazırda iqtisadçıdır.

Maşallah Abdullayev - hazırda şəxsi təsərrüfatı ilə məşğuldur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədridir.

Mətləb Mütəllimov - Sosial Ədalət Partiyasının sədridir.

Mirmahmud Mirəlioğlu - hazırda KXCP sədridir.

Nəriman Həsənzadə - xalq şairi.

Ramiz Fətəliyev.

Rəhim Qazıyev - keçmiş müdafiə naziri, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb. 2017-ci ildə 10 günlük inzibati həbs cəzası alıb.

Tahir Əliyev - sabiq daxili işlər naziri.

Tahir Kərimli - deputat.

Tamerlan Qarayev - hazırda Azərbaycanın İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiridir.

Tofiq Qasımov - keçmiş xaric işlər naziri. Hazırda ailəsi ilə birgə İsveçrənin Lütsern şəhərində yaşayır.

Vahid Əhmədov - deputat.

Vaqif Novruzov.

Xalidə GƏRAY,

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300