ÇL-də II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək

 

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, çərçivəsində 3 qarşılaşma keçiriləcək. Növbəti raunda ilk vəsiqələr İsrail və Moldovadakı matçlarda sahibini tapacaq. Səfərdən məğlub dönən "Hapoel” və "Şerif” doğma azarkeşlər önünə çıxacaq. Sonuncuların "Şkendiya”nı mübarizədən kənarlaşdırmaq şansı az deyilsə, israillilərin möcüzəni gerçəkləşdirməsi inandırıcı deyil. Zaqreb "Dinamo”sunun 5 topluq üstünlüyü əldən verməsi mümkünsüz görünür.

Günün son matçı Slovakiyada keçiriləcək. Öz meydanında gözlənilməz məğlubiyyət alan "Legiya” çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

31 iyul

21:00. "Hapoel” (Beer-Şeva, İsrail) - "Dinamo” (Zaqreb, Xorvatiya)

İlk oyun – 0:5

21:00. "Şerif” (Moldova) - "Şkendiya” (Makedoniya)

İlk oyun – 0:1

22:30. "Spartak” (Trnava, Slovakiya) - "Legiya” (Varşava, Polşa)

İlk oyun – 2:0

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300