Fransada təyyarə qəzası baş verib, ölənlər var
Fransada kiçik təyyarə qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "Europe1" məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə ölkənin şimal-şərqində, Arden departamentində qeydə alınıb. Qəza zamanı 2 nəfər həlak olub.
Hadisənin başvermə səbəbi açıqlanmır.