Azərbaycanın ağır atleti Avropa birinciliyinin qalibi olub

 

İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.

Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a verilən məlumata görə, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar.

Millimizin üzvlərindən son olaraq Tarmenxan Babayev mübarizəyə qoşulub. O, yaşı 17-yə qədər oğlanların 94 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Ötən il Kosovonun paytaxtı Priştinada 6 Avropa rekordu yeniləyərək çempion olan Tarmenxan Babayev bu dəfə də uğurunu təkrarlayıb.

Atletimiz birdən qaldırma hərəkətində 145 kq nəticə göstərərək bu hərəkətdə gümüş medala sahib çıxıb.

Təkanla qaldırma 180 kq nəticə göstərən Babayev, bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib.

Toplam 325 kq (145+180) nəticə ilə Tarmenxan 94 kq çəki dərəcəsində yekun sıralamada hamıdan üstün olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa birinciliyinin ikiqat qalibi adını qazanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300