Qaxda iki qadını it dişləyib

 

Qaxda iki nəfəri it dişləyib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 11 radələrində rayonun Əlibəyli kənd sakini 1961-cı il təvəllüdlü Qulo Bakban qızı Cacaşvili sağ ayağın baldır nahiyəsindən, axşam saat 21 radələrində isə rayonun Ləkit Malax kənd sakini, 1995-ci il təvəllüdlü Aytac Zabit qızı Əhmədova sağ ayağın bud nahiyəsindən it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan APA-ya bildirilib ki, Qulo Cacaşvili və Aytac Əhmədova yaşadıqları kəndin ərazisində itin hücumuna məruz qalıblar. Hər iki şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300