Bu gün "Qanlı Ay” tutulması hadisəsi baş verəcək

Bu gün  XXI əsrin ən uzun "Qanlı Ay” tutulması hadisəsi baş verəcək.

İyulun 27-dən 28-ə keçən gecə baş verəcək təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayacaq.

Tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən buna "Qanlı Ay" deyirlər.

1 saat 43 saniyəlik tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.

İkinci tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq. Qeyd edilən tarixdə, həmçinin Mars -Yer qarşıdurması hadisəsi baş verəcək.

Xatırladaq ki, bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınıb. Bu dəfəki ay tutulması hadisəsi birinci tutulmadan 27 dəqiqə uzun çəkəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300