İqtidarların üstündə hakim olan qurum - FTB-nin 110 yaşı tamam olur

ABŞ-ın müxtəlif bölgələrində hansısa böyük cinayət hadisəsi baş verən yerdə polislərin sarı lentlə əhatələdiyi və "Polis xəttidir, keçmək olmaz” yazılan əraziyə qara kostyum geyimli 2 nəfər yaxınlaşır və lenti qaldıraraq içəriyə keçir. Onlardan birinin vəsiqəsini göstərməsi kifayətdir ki, qalan polislər sadəcə hörmətlə kənara çəkilsinlər. "Bunlar federallardır”, - polis ətrafdakı kütləyə və jurnalistlərə izah da verməli olur. Yəqin ki, bu səhnəni bir çox Hollivud filmlərində də görmək olar.

Bu gün ABŞ-ın ən qüdrətli hüquq-mühafizə orqanı sayılan Federal Təhqiqatlar Bürosunun 110 yaş tamam olur. Təşkilatın tarixi qələbə və məğlubiyyətlər, siyasi intriqalar, sovet və Rusiya agentləri ilə mübarizəyədək hər cür hekayə ilə zəngindir.
Musavat.com xarici mediaya istinadən bununla bağlı yazı təqdim edir.

Image result for FBÄ°

FTB-nin ilk direktoru Stenli Finç sayılsa da, onun ən məşhur və ən uzunömürlü rəhbəri Edqar Quverdir. Quver ABŞ kimi yerdə 1924-cü ildən 1972-ci ilə kimi, yəni ölənə qədər təşkilatın başında dayanıb.

Məhz onun vaxtında FTB təhqiqat qurumundan cəmiyyətin bütün sahələrini nəzarət altında saxlayan, o cümlədən əks-kəşfiyyat funksiyalarını icra edən təşkilata çevrilib.

FTB-nin qara siyahısında ABŞ-dakı qaradərililərin hüquqlarını qoruyan Martin Lüter Kinq də olub. Həyatı boyunca hər kəsdən şübhələnən Edqar Quver Kinqi də SSRİ-nin agenti hesab edrimiş.

Con Edqar Huver

Quverə toxunmaq istənilən prezident üçün intihara bərabər sayılıb. FTB-nin formal olaraq Ədliyyə Nazirliyinə (yəni baş prokurorluğa-red.) tabe olmasına rəğmən Edqar Quverə, necə deyərlər, heç prezident də bata bilməyib. Məsələn, buna cəhd edən prezident Con Kennedinin qardaşı, ədliyyə naziri Robert Kennedinin masasının üstünə bir gün, onu rüsvay edəcək materiallar qoyulub.

Quverin kompromat yığdığı tanınmış simalardan biri də məşhur müğənni Elvis Presli olub. Heç demə, Quver Elvis Preslini belə ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid hesab edirmiş. FTB direktoru Preslinin Amerikan gəncliyinin əxlaqını pozmaqda günahlandırıb.

Quver vəfat etdikdən sonra FTB-nin siyasi polis aparatına çevrilməməsi naminə onun direktorlarının vəzifədə qalma müddətinə limit qoyulub. Eyni adam 10 ildən artıq bu vəzifəni daşıya bilməz.

Quverin siyasətçiləri təqib praktikası onun xələflərinə də keçib. Lakin FTB daxilindəki intriqalar təşklat üzərində ictimai nəzarəti saxlamağa yardım edib
Məsələn, Riçard Nikson dövründə FTB-nin direktoru olan Patrik Qrey Demokrat partiyasının qərargahının izlənilməsi ilə bağlı sənədləri məhv etdiyini sonradan boynuna almışdı.

Həmin vaxt direktor müavini Mark Felt isə tam əksinə, bu işdə əli olan hər kəsi ifşa etmiş və hətta "The Washington Post” qəzetinin jurnalistləri Bob Vudvort və Karl Bernstaynla gizli əlaqə quraraq həmin qalmaqallı məsələnin mətbuata çıxmasına şərait yaratmışdı. Nəticədə Riçard Nikson istefaya getməyə məcbur qalmışdı.

Yuxarıda bəhs edildiyi kimi FTB həm də əks-kəşfiyyat orqanı sayılır.

Image result for FBÄ°
Burada təşkilatın əsas rəqibi, şübhəsiz ki, sovet və rus xüsusi xidmət orqanları olub.
Yalnız 1995-ci ildə, yəni SSRİ dağıldıqdan sonra FTB tərəfindən uzun illər boyunca SSRİ və Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edən Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabiti Oldric Eyms ifşa oluna bilib.
Pula həddindən artıq həris olan Eyms SSRİ-yə ABŞ-ın sovet kəşfiyyatçıları ilə bağlı mübarizə metodları və agentləri haqqında hər şeyi açıb deyib.

FTB tərəfindən ifşa olunan rus agentlərindən biri də elə FTB-nin özündə çalışan Robert Hansen olub. Hansen 80-ci illərdən yüzlərlə qiymətli sənədi Moskvaya ötürməyi bacarıb. 2001-ci ilin fevralında həbs olunarkən Hansenin dilindən istehza ilə bu cümlə çıxmışdı- "Yaman uzun çəkdi...”. Hansenin xidmətləri müqabilində ruslardan ən az 1 milyon dollar pul və məşuqələrinə hədiyyə etdiyi ləl-cəvahiratlar aldığı bilinir.

Hər halda FTB ruslarla yalnız mübarizə aparmayıb. SSRİ dağıldıqdan sonra mütəşəkkil cinayətkarlığa qaşrı savaş iki ölkənin hüquq-mühafizə orqanlarını eyni məqsədlər uğrunda birləşdirməyə vadar edib.

Məsələn, 1995-ci ildə FTB agentləri Nyu-Yorkun Brayton Biç rayonunda yerləşən mənzillərin birinə daxil olaraq burada "Yaponçik” ləqəbli Vyaçeslav İvankovu həbs ediblər. Həmin vaxt "Yaponçik”in rusdilli bir biznesmendən 9 miyon dollar xərac tələb etdiyi bilinirmiş. İvankov ABŞ-da bir neçə il həbsxanada yatdıqdan sonra Rusiyaya deportasiya edilib.

Lakin hazırda FTB özünün ən çətin dövrlərindən birini yaşayır. Qurum ölkə başçısı Donald Trampla az qala müharibə halındadır. Təşkilat rəsmən onun Rusiya ilə bağlantılarını araşdırır.

ABŞ prezidenti isə bir çox tvitində FTB-ni ona qarşı qərəzli olmaqda və hətta qabiliyyətsizlikdə suçlayır.

Ekspertlər bu savaşın sonunun haraya varacağını maraqla gözləyilər...


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300