bitmap-img6

Loğman Müslümovun təmir, inventar alınması işləri adı altında büdcə vəsaitlərini talan etdiyi bildirilir

 


Azərbaycanda təhsilin durumunun yaxşı olmadığı, əyalətlərdə isə daha da pis şəkildə təzahür etdiyini artıq rəsmi statistika da təsdiqləyir. Buna səbəb yerli Təhsil Şöbələrinin Təhsil Nazirliyi ilə birləşərək, daha çox büdcə vəsaitlərini «xırd» etmələridir. 

Həmin nümunələrdən biri isə Quba rayonunda qeydə alınıb. Ortada 1 milyon manatdan artıq vəsaitin nəyə və necə xərcləndiyi isə məlum deyil. 

Loğman Müslümovun rəhbəri olduğu Quba Təhsil Şöbəsində qeydə alınmayan hadisə qalmayıb. Məsələ burasındadır ki, hətta bir dəfə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməliyyat da keçirib. Lakin heç bir faydası olmayıb. Daha doğrusu, bundan nəticə belə çıxarmayıblar. 

Bildirək ki, Loğman Müslümovun rəhbəri olduğu şöbəyə müxtəlif məqsədlər üçün 1 milyon manat pul ayrılıb. Bu qədər vəsaiti xırd etmək üçün çeşidli variantlardan istifadə edən şöbə müdiri ilk olaraq, 100 min manatı əsaslı təmir işlərinə «sərf» edib. Amma bununla da kifayətlənməyib, daha 90 min manat pulu da əsaslı təmir işlərinə ayırtdırıb. 

Araşdırmaya görə, Quba Təhsil Şöbəsində daha bir maraqlı əməliyyat keçirilib. Belə ki, bərk inventarların alınması üçün nəzərdə tutulan vəsaitin özünküləşdirilməsi üçün 3 pilləli addım atılıb. Birinci mərhələdə bərk inventarların satın alınması üçün 120 min manat, ikinci dəfə isə 113 min manat vəsaitin ayrılması sərəncamı verilib. Sonuncu dəfə isə bu rəqəm 118 min manat təşkil edib ki, Qubadakı orta məktəblərin durumunun hansı vəziyyətdə olduğunu görənlər bu qədər vəsaitin kimə xərcləndiyini rahatlıqla müəyyənləşdirə bilərlər. 

Loğman Müslümovun pul qazanmaq həvəsi onu digər işlərdə də daha bacarıqlı olmağa sövq edib. Məsələn, digər maşın, avadanlıq və inventarların alınması üçün 235 min manat sərf edildiyini sənədləşdirib. Avadanlıqların satın alınması üçün isə 97 min manatın xərcləndiyi qeyd olunur. 

Ancaq Quba Təhsil Şöbəsinin müdirində insaf deyilən şey də varmış. JAM.AZ xəbər verir ki, rayondakı orta məktəblərin kompyüter avadanlıqları ilə təhciz olunması üçün 119 min manat ayrılsa da, heç də bu pulun hamısı təyinatı üzrə xərclənməyib. Düzdür, Qubanın bəzi məktəblərinə kompyüter avadanlıqları verilib. Lakin onları bir yerə yığsaq, toplamda heç 20 min manat civarında belə olmaz. 

Aydın məsələdir ki, 1 milyon manatlıq bir vəsait bütünlüklə Quba təhsilinə sərf olunmayacaqdı. Rəqəmin belə böyük seçilməsinin səbəbi isə daha rahat maliyyə yeyintisinə yol verməkdir. Həmçinin o da aydın məsələdir ki, Loğman Müslümov bu işdə təkbaşına hərəkət edə bilməz. Və bu pullardan şübhəsiz Qubanın icra başçısına, Təhsil Nazirliyində «tender mafiyası»na da pay çatıb. 

Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300