İstanbulda güclü daşqın: İnsanlar köməksiz vəziyyətdə
Güclü yağış İstanbulun bütün səmtlərində sel və daşqına səbəb olub.
Axar.azxəbər verir ki, bir çox bölgələrdə yeraltı
keçidləri və metro stansiyalarını su basıb. Avtomobillər su altında qalıb. Bəzi
yollarda insanlar köməksiz vəziyyətə düşüb.
Üç gündür yağan yağış qısa müddətdə ictimai nəqliyyata və şəhər təsərrüfatının
idarə olunmasına ciddi əngəllər yaradıb. Metronun hərəkətində fasilələr meydana
gəlib.