3000 rus əsgəri Ermənistanda ayağa qalxdı: Qarabağda payız müharibəsinə hazırlıq

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbiçiləri "Kamxurd” və "Alaqyaz” poliqonunda hərbi təlimlər keçirir.

 

Publika.az xəbər verir ki, təlimlər 23 iyuldan 28 iyula qədər davam edəcək.

 

Təlimlərdə 3000-dən çox hərbi qulluqçu və 500 hərbi texnika iştirak edir. Təlimlərin miqyası böyük qiymətləndirilir.

 

Ermənistan mediası Rusiyanın bu təlimlərini payızda Dağlıq Qarabağda gözlənilən mümkün eskalasiya ilə bağlı olduğunu yazır. Ermənilərin əsas qorxusu Paşinyan hakimiyyətinin Qərbə üz tutmasına cavab olaraq, Kremlin mümkün müharibədə Ermənistan daxilindəki hərbiçilərini erməni hərbi birləşmələrinə qarşı çıxarmasıdır.

 

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin hərbi rəhbərliyi dünən sentyabr-oktyabr aylarında Dağlıq Qarabağda müharibənin başlaya biləcəyi haqda açıqlama verdi. Bu açıqlama və İrəvanda yeni hakimiyyətin populizm siyasəti işğalçı ölkənin hərbi hərəkətləri yeniləyə biləcəyi ehtimalını artırır. Bu hadisələr fonunda rus hərbiçilərinin Ermənistanı daxildən vura biləcəyi də istisna deyil. Xüsusilə Panik kəndində baş verən hadisə və Ermənistanın müdafiə naziri David Tonoyanın "rus sərhədçilərinin Ermənistan sərhədini qoruması məsələsinə yenidən baxa bilərik” açıqlaması proseslərin Moskvanın ürəyincə davam etmədiyini göstərir.

 

Rusiyalı hərbi ekspert Pavel Felqenqauerin "Qarabağ münaqişəsinin olduğu gərgin regionda belə təlimlərin keçirilməsi "odun üzərinə yağ tökə bilər” açıqlaması da baş verənlər fonunda diqqətdən yayınmır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300