Türkiyə parlamenti ödənişli əsgərliyə dair qanunu qəbul edib

 

Türkiyə Böyük Millət Məclisi (TBMM) ödənişli əsgərliklə bağlı qanun layihəsini qəbul edib.

 

AZƏRTAC xəbər verir ki, Türkiyə parlamentinin qəbul etdiyi qanuna əsasən, çağırışçılar 15 min Türkiyə lirəsi (hazırki məzənnə ilə təxminən 3000 ABŞ dolları) ödəyib 21 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar. Bildirilir ki, 1 yanvar 1994-cü ildən bu tərəfə doğulan çağırışçılar bu xidmətdən istifadə edə biləcəklər.

 

Qeyd edək ki, qanun layihəsi hakim Ədalət və İnkişaf Partiyasının tərəfindən TBMM-nə təqdim olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300