Yaponiyada anomal istilərdən bir gündə 6 nəfər ölüb
Yaponiyada davam edən anomal istilər nəticəsində bir gündə 6 nəfər ölüb, habelə 1,4 mindən çox insan istivurmadan xəstəxanaya yerləşdirilib. Bu barədə NHK telekanalı məlumat yayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilənlərin çoxu Tokio, Aiti, Saitama prefekturalarının sakinləridir. Meteoroloqların proqnozlarına görə, Yaponiyada isti hava daha iki həftə davam edəcək. İnsanlara küçəyə az çıxmaq, evlərdə kondisionerlərdən istifadə etmək və daha çox su içmək tövsiyə edilir.