Bakı metrosunda qatar gənci vurdu

 

Bu gün Bakı Metrosunda xoşagəlməz hadisə baş verib.

Hadisə şahidlərinin "APA-Econmics"ə verdiyi məlumata görə, saat 13:41-də metronun Neftçilər stansiyasında qatar platformada dayanan gənci vurub.

Məlumata görə, hadisə nəticəsində 30 yaşlarında olan gənc oğlan başından zədə alıb və qolu sıyrılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov "APA-Economics"ə faktı təsdiqləyib: "Bu gün saat 13:41-də "Neftçilər" stansiyasına daxil olarkən qatarın güzgüsü platformada dayanan gəncə dəyib. Sərnişin hüdud səddini keçdiyindən və stansiyanın girişində dayandığından sürücü dərhal reaksiya verə bilməyib. Sərnişin təcili tibbi yardımın çağırılmasını istəməyib. Bununla belə hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət yüngül olub".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300