Sərkisyan İtaliyaya qaçdı –Sensassiyalı iddia

Ermənistan Respublikaçılar Partiyasının sədri, keçmiş prezident Serj Sərkisyan Avropaya gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Joxovurd” qəzeti məlumat yayıb.

Qəzet onun İtaliyada tətilə çıxdığını bildirib: "Əldə etdiyimiz məlumata görə, o, hazırda İtaliyadadır. O, Avropada tibbi müayinədən keçməlidir. Bu barədə onun partiyasından məlumat almağa çalışdıq. Partiyanın parlament fraksiyasının rəhbəri Vaxram Bağdasaryan bunu təkzib etmədi. O, Sərkisyanın 10 gündür Ermənistanda olmadığını bildirib.

Lakin Bağdasaryan Sərkisyanın səhhətində problemin olub-olmadığı haqda məlumat verməkdən imtina etdi”.

"Joxovurd” Serj Sərkisyanın siyasi komandasının keçmiş üzvlərin və ailəsinə qarşı həbslərin başladığı ərəfədə onun Ermənistandan getməsini təsadüfi hesab etmir.

Qəzet qeyri-rəsmi şəkildə korrupsiyada, yaxud dövlət vəsaitlərini mənimsəməkdə ittiham edilən Serj Sərkisyanın Ermənistandan birdəfəlik getdiyini iddia edir. Mənbə bununla bağlı onun avqust ayında ifadə vermək üçün istintaqa çağırıldığını bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300