"Azərsu"nun əməkdaşı keçmiş nazirdən rüşvət tələb etdi

"Azərsu" ASC-nin əməkdaşı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdan rüşvət tələb edib.

 

Uluyol.az xalq.az-a istinadla xəbər verir ki, keçmiş nazirdən Mərdəkan qəsəbəsində yerləşən bağ evinə su xətti çəkdirmək üçün 1200 manat pul tələb olunub. Tofiq Zülfüqarov şəxsi "Facebook" səhifəsində qeyd edib ki, yaşadığı küçədə hər kəsin evi üçün bu əməliyyatı ediblər, kimindən 2000, kimindən də 350 manat alaraq su xətti çəkiblər.

 

"Hər kəsə görünüşünə görə qiymət verirlər, bilmirəm gülüm yoxsa…” deyə keçmiş nazir qeyd edib.

 

Xalq.az-ın əməkdaşı Xəzər rayon Sukanal idarəsi ilə əlaqə saxlayaraq məsəyə münasibət öyrənmək istəsə də, dispetçer İbrahim Həsənov bildirib ki, rəis Mübariz Nəsirov işdə olmadığına görə heç bir məlumat verə bilməz.

 

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə telefon zənglərinə cavab verməyib. "Azərsu" ASC-nin 955 qaynar xətti davamlı məşgul olduğu üçün məlumat almaq mümkün olmayıb. 

 

Qeyd edək ki, prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam izmalayıb və "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,78 milyon manat ayırıb. Lakin bu günə qədər Xəzər rayon sakinləri su problemindən əziyyət çəkir və mənşəyi məlum olmayan su maşınlarından istifadə üçün su alırlar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300