"Bursaspor"un prezidenti konqolu hücumçunun "Qarabağ"a keçidini təsdiqləyib

 

Türkiyənin "Bursaspor" klubunun prezidenti Ali Ay futbolçuları Con Delarjın "Qarabağ"a keçidini təsdiqləyib.

"Report” "Habertürk”ə istinadən xəbər verir ki, Bursa təmsilçisini rəhbəri 28 yaşlı konqolu forvardı Ağdam klubuna verdiklərini açıqlayıb: "Papiss Cisse ilə maraqlanırıq. Delarjı "Qarabağ”a verdik. Yasin Öztekinin meneceri ilə görüşdük, imza atılmadan transferi bitmiş hesab etməməliyik”.

Türkiyə mətbuatında yer alan xəbərlərdə "Qarabağ”ın "Bursaspor”a 200 min avro transfer haqqı ödədiyi bildirlir. Onun imzalayacağı müqavilənin müddəti və əmək haqqı açıqlanmır.

Delarj son zamanlar "Bursaspor"da oyunundan çox şəxsi həyatı ilə gündəmdə olub. Təcrübəli oyunçu daha bir il qüvvədə olan müqaviləsinə güvənərək, məşqlərə laqeyd yanaşıb. Bunun nəticəsində baş məşqçi Samet Aybaba ona əsas heyətdə yer verməyib. Konqolu forvard 2017-ci ildən çıxış etdiyi komandada 15 oyuna 4 qol vurub. Klub onu 700 min avroya satışa çıxarsa da, Ağdam klubu bu məbləği yarım milyon avroyadək endirə bilib.

Azərbaycan çempion hələlik transferi rəmsi şəkildə açıqlamayıb.

Qeyd edək ki, Con Delarj Kamerunun "Union Duala", Slovakiyanın "Dunayska Streda", Çexiyanın "Slovan" (Liberets), Avstriyanın "Admira" (Vakker) və icarə əsasında Türkiyənin "Osmanlıspor" klublarında da forma geyinib. O, "Bursaspor"a 2017-ci ilin avqustunda "Admira"dan 1,25 milyon avroya transfer olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300