"Real"dan daha bir transfer bombası:Messinin düşməni gəlir

Kriştiano Ronaldonu "Yuventus"a satan "Real" daha bir ulduz futbolçunu transfer edir.

 

 

Qaynarinfoxəbər verir ki, Madrid klubu "İnter"dən Mauro İkardiniheyətinə qatır. İspaniya mediasının məlumatına görə, "Real" İtaliya klubuna futbolçunun müqaviləsindəki sərbəst qalma maddəsində göstərilən 110 milyon avro ödəməklə transferi reallaşdıracaq.

 

Avropa mediası bu transferiLionel Messiyəqarşı həmlə olaraq dəyərləndirir. Belə ki, Messi və İkardi arasında uzun müddətdi gərginlik davam edir. "Barselona"nın aşağı yaş qruplarında futbolun sirrlərini öyrənən İkardinin həm Kataloniya klubuna, həm də Messiyə müasibəti yaxşı deyil. Hətta onun bu səbəbdən Argentina millisi ilə dünya çempionatına aparılmadığı deyilir.

 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan İkardi 2011-ci ildə 300 min avroya "Sampdoriya"ya transfer olunub. Bu klub isə 2 il onra onu 13 milyon avroya "İnter"ə satıb. Hazırda "Transfermarkt" İkardiyə 95 milyon avro qiymət qoyub. 25 yaşlı hücumçu ötən mövsüm A Seriyasında keçirdiyi 34 oyunda 29 qol vurub və bombardir olub.

 

Onu da qeyd edək ki, "Real"ın "Çelsi"dən Eden Hazardı 190 milyon avroya transfer edəcəyi deyilir.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300