Azərbaycan Ordusu şəhid verib
Azərbaycan Ordusunun əsgəri şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə
pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Alışov Səməd
Anar oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.