Və yaxud mikrobiologiya haqqında elmi-ladun söhbətlər

Uşaqlığım və gəncliyim sovet dövrünə təsadüf etdiyindən, etiraf edim ki, həmin zamanlarda mən də hamı kimi cahillik dövrümü yaşamışam. Belə ki, hələ 5 yaşımda atamı itirdiyimdən və başqa qardaşım olmadığından, faktiki olaraq evin kişisi sayılırdım. Bu mənə bəzi mənəvi sıxıntılar yaşatsa da, azadlıq və müstəqillik baxımından tam sərbəstlik verirdi. Ona görə də orta məktəb və sonrakı dövrlərdə dostlarla keçirdiyimiz bütün gecələr, bayram tədbirləri və "sobrozim”lər bir qayda olaraq bizim evdə keçirilərdi. (Bacılarım köçdüyündən və anam da (Allah ona rəhmət eləsin) qoca olduğundan bizim evimiz sinif yoldaşlarım və dostlarım üçün ən əlverişli məkan idi. Evimiz kəndin qırağındakı boyük gölün kənarında yerləşdiyindən, buradakı gözəl təbiət mənzərəsi sinif yoldaşlarımın, tələbəlik, əsgərlik və qələm dostlarımın daim diqqət və marağını çəkmiş, onlar üçün sevimli istirahət məkanı olmuşdur. Həyətimizdə hər cür meyvə ağacları vardı. Bir spirt çəkən aparat da düzəltdirmişdim, yay-payız aylarında altı daim yanardı… Odur ki, həyətimizdəki həm gözəl təbiət mənzərəsi, həm də gözəl "təbiət neməti” qonaq-qaranın bolluğuna səbəb olardı… Onu da deyim ki, həmin dövrdə (elə indi də) kitab həvəskarı idim. Həmin vaxtlar dilimizə tərcümə olunan, yenicə çapdan çıxan Quran kitabını da aldım və çox böyük həvəslə mütaliyə etməyə başladım. Quranda diqqətimi çəkən məqamlardan biri də şeytanın yaranması haqda ayələr oldu: "BİZ   ŞEYTANI T Ü S T Ü S Ü Z   O D D A N YARATDIQ” Maraqlıdır ki, spirt çəkdiyim məqamlarda həmin  ayələr  gözlərimin  qarşısına  gəlir  və  mən həm ŞEYTANIN, həm də SPİRTİN yaranma prosesləri arasında çox böyük oxşarlıq görürdüm. Bu yazımda diqqətinizi həmin  o x ş a r l I q l a r a  cəlb  etmək  istəyirəm. Öncə onu  qeyd edim ki, bunların  hər  ikisi  T Ü S T Ü S Ü Z  O D D A N (oxu: buxardan) yaranır. Xatırladım ki, Həzrəti  Peyğəmbərimiz: "Dırnaqlarınızı kəsin ki, onun altında şeytan gizlənir” – deyirdi.  İndi də həkimlər: "Dırnaqlarınızı kəsin ki, onun altında mikroblar (bakteriyalar) gizlənirlər” – deyirlər. Maraqlıdır ki, həm şeytanın, həm də mikrobun (bakteriyanın) fəaliyyəti düşdüyü yeri çürüdüb, orada fəsad törətməkdən   ibarətdir. Mən spirt çəkmək üçün meyvələri böyük qaba yığıb, ağzını kip bağlayırdım. Oradakı bakteriyalar (hansı ki, Peyğəmbər onu şeytan adlandırırdı) meyvələri çürüdürdü. Həmin qabın altını yandırdıqca, çürüntü T Ü S T Ü S Ü Z  O D A (buxara) çevrilir, daha sonra buxar  soyuq suyun içərisindəki  turbadan keçdikcə, suya çevrilərək, şüşə qaba yığılırdı… Maraqlıdır ki, həmin bu çürümüş meyvənin suyunu (spirti) içdikdən sonra insanın abır-həyası azalır və günaha (zinaya, davakarlığa, adam öldürməyə və digər şeytani işlərə) daha çox meyilli olur. Bütün bu prosesləri gözlərim önündə müşahidə etdikcə və həyatımda  bunların fəsadlarını yaşadıqca (içəndən sonra həmişə başıma pis işlər gəlirdi), dərk etdim ki, mən əslində şeytanı yaradıram və onu qəbul etdikcə də bu varlığın təsiri altına düşürəm … Odur ki, 24 yaşımdan sonra bu kimi işlərə  TÖVBƏ  dedim və ondan sonra heç vaxt spirtli  içki  qəbul etmədim… "Səndən içki və qumar haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah,həm də mənfəət vardır.Lakin günahları mənfəətlərindən daha böyükdür”!” Quran, 2:219. Bu barədə düşünməyə dəyər.

Paşa Yaqub

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300