Ordu geri çəkildi -PKK hərəkətə keçdi
İraq təhlükəsizlik qüvvələri İraq-Suriya sərhəddindən çəkiləndən sonra PKK terror təşkilatının boşluqdan istifadə edərək Mosulun Sincar mahalında yerləşdiyi iddia olunur.
Teleqraf.comxarici mediaya istinadla xəbər verir
ki, Mosul vilayətinin Ərəb Tayfalarının sözçüsü Məzahim Əhməd əl-Huveyt İraq
ordusu sərhədi tərk edəndən dərhal sonra PKK üçün yenidən Sincarda yerləşmə
imkanı yarandığını bildirib.
O Mosul camaatının PKK-nın bölgədə yerləşməsindən narahatlıq keçirdiyini,
terrorçuların soyğunçuluqla məşğul olacağından ehtiyatlandıqlarını deyib.
Mosul vilayətinin Məclis üzvü Seydo Hüseyn Tatani də PKK-nın Mosulda yerləşdiyi
faktını təsdiqləyərək Sincar və sərhəd bölgələrində sığınacaqların sayını
artırdıqlarını söyləyib.