Bu gün Yasamal rayonu, M.A.Əliyev küçəsi 150 və 152 saylı binaların sakinlərinə rayon İcra Hakimiyyətindən mənzilləri təcili boşaltmaq xəbərdarlığı edilib.

"Femida.az" xəbər verir ki, xəbərdarlıqda bildirilib ki, binalar son dərəcə qəzalı olduğundan sakinlərin köçürülməsinə və binaların sökülməsinə zərurət yaranıb.

Ödəniləcək kompensasiyaya görə isə, 42 saylı MİS-ə müraciət etmək tövsiyə olunub.

Sakinlərin verdiyi məlumata görə, xəbərdarlıq blankında sakinlərin harada məskunlaşması, konpensasiyanın necə ödənilməsi ilə bağlı heç bir bilgi verilməyib.

Məlumatda o da qeyd olunub ki, söküntü işlərini həyata keçirən və kompensasiyanı ödəməli olan tikinti şirkəti "Kristal” MMC-dir.

Bina sakinlərinin verdiyi məlumata görə, gözlənilmədən belə bir qərarın verilməsi və bir həftəyə mənzillərin boşaldılması olduqca çətin prosesdir. Üstəlik kompensasiyanın verilməsində də qeyri-müəyyənlik var. Bu səbəbdən də sakinlərin əksəriyyəti tələsik mənzillərindən çıxmaq niyyətində deyil.

Amma bina sakinlərinə qəti olaraq bildirilib ki, sakinlər binaları tərk etməsə, işıq, su və qaz xətləri kəsiləcək. Bu səbəbdən də hazırda bina sakinləri ilə şirkət rəhbərliyi arasında gərginlik yaranıb.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300