Trampın Ərdoğandan istədiyi keşişin – Şok PKK planı

 

ABŞ Prezidenti Donald Trampın təkidlə Türkiyədən istədiyi keşiş Endryu Bransonun ötən gün keçirilən üçüncü məhkəmə iclasında şahid ifadələri dinlənilib.

Axar.az xəbər verir ki, məhkəmədə ifadə verən Levent Alkan adlı şəxs Bransonun terror qruplaşması tərəfdarları ilə yaxın münasibəti olduğunu, onlara yardım etdiyini, bu barədə keşişə dəfələrlə xəbərdarlıq etdiklərini bildirib.

Alkanın sözlərinə görə, məhkəmədə verdiyi ifadələr səbəbindən Bransonun tapşırığı ilə heç bir kilsəyə girə bilmir. Bransonun əvvəl fəaliyyət göstərdiyi kilsənin camaatından olan Levent Alkan İşıq kilsəsinin rahibinin də onun ifadəsini dəyişməsi üçün çalışdığını və tövbə etməyə çağırdığını qeyd edib.

"Bir gün kilsədəki çıxışında "türklərlə kürdlər arasında savaş var” ifadəsini işlətdi. Biz bu fikrə qoşulmuruq. Bizim belə bir düşüncəmiz yoxdur. O, niyə belə düşünür görəsən?” - Alkan bildirib.

Alkan eyni zamanda Bransonun gizli bir otaqda toplantılar keçirdiyini vurğulayıb:

"Bizi o toplantılara buraxmırdılar. Bir gün o otağa girəndə terror qruplaşmasına aid sənədlər gördüm. Qutuların içərisində PKK-ya aid broşürlər vardı. Bir də terror qruplaşmalarının yaratmaq istədiyi Kürdüstanla bağlı xəritə vardı, o xəritədə müəyyən yerlər işarələnmişdi”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300