Mahmud Vaezi: "Tramp 8 dəfə Ruhaniyə zəng edib”

 

"ABŞ prezidenti Donald Tramp prezident Həsən Ruhani ilə danışmaq üçün 8 dəfə zəng edib”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Nazirlər Kabinetinin iclasından sonra prezident aparatının rəhbəri Mahmud Vaeizi deyib.

M. Vaezi ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxmasından sonra yaranmış vəziyyət və ABŞ-ın İran əleyhinə təbliğat aparmasından danışıb: "Tramp bildirib ki, iranlılar bir neçə dəfə müzakirə üçün əlaqə yaradıb. Lakin tam əksi olub. Ötən il prezident BMT Baş Asambelayasının iclasında iştirak etmək üçün Nyu Yorka getdiyi zaman Tramp prezident Həsən Ruhani ilə görüş üçün 8 dəfə zəng edib. Həqiqət budur, deyilənlər isə fərqlidir. İran şəffaf siyasət yürüdür və ABŞ-la bağlı mövqeyimiz tam aydındır”.

M. Vaezi Nazirlər Kabinetinin bəzi üzvlərinin dəyişdirilməsi məsələsinin gündəmdə olduğunu vurğulayıb və deyib ki, əlverişli şərait yarandıqda bu dəyişiklik baş verəcək: "Dəyişiklikləri prezident özü elan edəcək. Dəyişəcək nazirlər arasında iqtisadiyyat sahəsində çalışan məsul şəxslər də olacaq”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300