Rusiyada bir ev yanıb, ailənin 5 üzvü ölüb
Rusiyanın İrkutsk vilayətində birmərtəbəli ikimənzilli evin yanması nəticəsində biri uşaq omaqla 5 nəfər ölüb.
"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidməti bildirib.
Ölənlərin hamısı bir ailənin üzvləridir. Ölənlərin qohumları ilə psixoloqlar işləyir.
Yanğının səbəbləri araşdırılır.