Nikol Paşinyanla
Ter-Petrosyan görüşdü
Ermənistanın baş naziri Nikol Paşinyanla eks-prezident Levon Ter-Petrosyan arasında görüş olub.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, hökumət iqamətgahında baş tutan görüşdə Ter-Petrosyan Ermənistanın qarşısında duran çətinliklərin aradan qaldırılması ilə bağlı mövqeyini açıqlayıb. Həmçinin tərəflər xarici siyasət və Qarabağ münaqişəsindən bəhs ediblər.
Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərindən sonra eks-prezident Serj Sərkisyan da Ter-Petrosyanla görüşə, ondan məsləhətlər almağa ehtiyac duymuşdu, bu məqsədlə onun ayağına getmişdi. İndi daxildə ciddi problemlərlə üz-üzə qalan, üstəlik Qarabağla bağlı "nala-mıxa vuran” Paşinyanın da hakimiyyətinin 100 günü tamam olmadan Ter-Petrosyandan yardım istəməsi maraqlı haldır.
Qeyd edək ki, Paşinyan 2008-ci ildə Ter-Petrosyanın seçki qərargahının üzvü olub və buna görə türmədə yatıb.