Akim Bədəlov necə narazılıq yaradır? – İDDİA

Heydər Əliyev prospektində tikilən Milli Sağlamlıq Mərkəzi 2015-ci ildə təhvil verilməli olsa da, ölkənin ən iri tibb ocağının inşası hələ başa çatdırılmayıb.

Bunun səbəbi maliyyə çatışmazlığıdır. Məlumatda deyilir ki, layihənin icraçısı "Xəzər” şirkətidir. Bu şirkət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlova məxsudur.

Qeyd edək ki, "Xəzər”in yaradıcısı mərhum akademik Tofiq İsmayılov olub. Akademik vertolyot faciəsində dünyasını dəyişəndən sonra Akim Bədəlov sənədləri saxtalaşdıraraq "Xəzər”i ələ keçirib. Hazırda Tofiq İsmayılovun ailəsi ilə Akim Bədəlov arasında "Xəzər” uğrunda mübarizə gedir. Tofiq İsmayılovum xanımı Lalə İsmayılova bir neçə dəfə məsələ ilə bağlı prezident İlham Əliyevə də müraciət edib.

Milli Sağlamlıq Mərkəzinə gəlincə, iddialara görə, layihəyə ayrılan maliyyə vəsaitlərinin əhəmiyyətli hissəsi qaranlıq məqsədlərə xərclənib. Bu baxımdan layihəni başa çatdırmaq mümkün olmayıb. Bildirilir ki, hətta işçilərə belə əmək haqqı verilmir. Bu da ciddi narazılığa səbəb olub.

Məlumatlara görə, işçilər yaxın vaxtlarda prezidentə müraciət etməyə hazırlaşırlar.
Onu da qeyd edək ki, az əvvəl Akim Bədəlovun adı "MTN işi”ndə hallandılırdı.(dia.az)

 

Uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300