Şadlıq Sarayı adı altında fəaliyyət göstərən pritondakı gizli kameralar Akif Çovdarovun xeyli karına gəlib 

MTN hadisələrindən bir xeyli vaxt keçsə də, istər onun sabiq rəhbəri Eldar Mahmudov, istərsə də onun generallarının əməlləri ilə bağlı ilginc məlumatlar hələ də yayılmaqdadır. Xüsusən də, Mahmudovun «sağ əli» sayılan Akif Çovdarovun şantajlarında yaxından iştirak etmiş müxtəlif təyinatlı obyektlərin adları açıqlanmaqdadır. 

JAM.AZ xəbər verir ki, Akif Çovdarov bir sıra iş adamları, habelə bəzi məmurları şantaj edərək, onlardan pul qoparırmış. Hadisələrin gedişatı fonunda bu açıq şəkildə təsdiqini tapdı. Bu işdə Çovdarovun işlərinə yardımçı olan otellərin də sayı az olmayıb. Zaman içində onların bəzilərinin adları açıqlansa da, bəziləri kölgədə qalmağı bacarmışdı. Lakin…

Məlumata görə, sahibkarların, habelə məmurların və onların övladlarının şantaj edilməsində Eldar Mahmudov və komandasına yardımçı olmuş yerlərdən biri də «Neapol» olub. Üzdə şadlıq sarayı kimi, görsənən, arxa planda isə daha çox əxlaqsızlıq yuvası kimi çıxış edən bu obyektin sahibləri hələ xeyli əvvəldən Akif Çovdarovla könüllü şəkildə əməkdaşlıq ediblər. Təbii ki, bunun qarşılığını da alıblar. 

Mənbələr iddia edir ki, «Neapol»da mövcud olan otaqlarda gizli şəkildə yerləşdirilmiş kameralar vasitəsi ilə ora gələn məmur övladlarının əyləncələrini lentə alıblar. Məlumatlara görə, heç nədən xəbəri olmayan məmurlar və ya onların övladları sonradan generalın tələsinə düşürmüşlər. Və onların qarşısına qoyulan görüntülərin müqabilində pullarını alırmışlar. 

JAM.AZ-a sızdırılan məlumatlarda vurğulanır ki, «Neapol»un rəhbərliyi göstərdiyi «xidmət»in müqabilində üç istiqamətdə qazanırmış. Birincisi, gələn müştəridən pul alırmış. İkincisi, ləğv olunmuş MTN-in həmin dövrdəki generalları ilə münasibət quraraq, öz obyektlərini qoruya bilirmişlər. Üçüncüsü isə bu «xidmət»in müqabilində «pay» alırmışlar. 

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300