Azərbaycan əhalisinin sayı açıqlandı
2018-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisinin artım tempi üzrə rəqəmlər açıqlanıb.
Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə əhalinin sayı 31428 nəfər artaraq 9 milyon 929 min 500 nəfər çatıb.