Goranboy və Qobustanda taxıl sahələri yanıb
Goranboy və Qobustanda yanğın hadisəsi qeydə alınıb.
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonunun Borsunlu kəndində 15 ha biçilmiş taxıl sahəsi və 5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Qobustan rayonunun Nərimankənd kəndində isə 3 ha biçilmiş taxıl sahəsi və 15 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür