Pakistanda partlayış nəticəsində ölənlərin sayı 128-ə
çatıb
Pakistanın Belucistan vilayətində baş verən partlayış nəticəsində ölənlərin sayı 128-ə çatıb. Bu barədə Trend "Agence France-Presse" (AFP) agentliyinə istinadən xəbər verir.
Daha öncə 70 nəfərin öldüyü, 120 nəfərin isə yaralandığı bildirilirdi.
Bu gün ölkənin cənub-qərbində ölkənin aşağı palatasına keçiriləcək seçkilər ərəfəsində seçicilərin mitinq keçirdiyi yerin yaxınlığında terrorçu-intiharçı partlayış törədib.