Skype-da yeni «Troya virusu»: Danışıqlar dinlənir

Skype» istifadəçilərinin danışıq və özəl bilgilərini ələ keçirən yeni virus yayılıb.
«T9000» adlı yeni virusu bir təhlükəsizlik şirkətinin ekspertləri üzə çıxarıb.«Daily Mail»in yazdığına görə, ən təsirli antivirus proqramları da bu virusun qarşısında aciz qalıb.Ekspert açıqlamalarından o nəticəyə gəlmək olar ki, istifadəçilərə dair məlumat toplamaq həmin virusun ilkin hədəfidir - videozənglər olunca, istifadəçinin fotosu çəkilib yaddaşa verilir və danışıqlar yazılır.
İSTİFADƏÇİ BELƏ TORA SALINIR
«Skype» işə salınarkən, istifadəçiyə «explorer.exe wants to use Skype» (tərcüməsi: explorer.exe Skype-dən yararlanmaq istəyir) mesajı göndərilir. Beləcə, istifadəçi tora salınır.«Rich Text Format» (RTF) formatında olan fayllar işə düşüncə kompüter virusa yoluxur. Bundan sonra «Troya virusu» çoxpilləli quraşdırma prosesinə başlayır və hər addımda antivirus proqramının olub-olmadığını yoxlayır. Tam yoxlamadan sonra virus «yoluxmuş» sistem haqqında bilgiləri toplayıb hakerin serverinə göndərir.«Skype» rəsmiləri bildirib ki, indi yeni virus və onun zərəri daha geniş araşdırılır. (azadliq.org)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300