Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə,  hadisə bu gün axşam saatlarında Göyçayın Bəydövül kəndində qeydə alınıb. Kənd sakini, 1947-ci il təvəllüdlü Xudiyev Əli Əlibala oğlu yaşadığı evin həyətində kəsilərək yerə yıxılan qovaq ağacının altında qalaraq ölüb

İri gövdəli ağac Əli Xudiyevin oğlu və qonşuların birgə iştirakı ilə kəsilib. Onlar 69 yaşlı kişinin bağda gəzişərək kəsilən ağaca yaxınlaşmasından xəbərsiz olublar və qəflətən yıxılan ağac bədbəxt hadisəyə səbə olub.

Mərhumun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300