Ağstafanın İcra Hamimiyyəti Heydər Əliyev Mərkəzində işlədilən fəhlələrin pulunu vermir
Azinforum.az-ın əldə etdiyi məlumata görə, işin aparılmasına dair sövdələşmə Rasim adlı şəxslə İcra Hakimiyyətinin müavinlərindən birinin arasında olub.
Rəsmi şəxslər "Sədərək” bazarından aldıqları "kovralitin” pulunu tam ödədikdən sonra, ortaya həmin "kovralit”in necə döşənməsinə dair problem çıxıb. Rasim bu işin pulla görüldüyünü bildirib. Hər kvadrat metr üçün ödənişin ediləcəyinə dair razılaşma əldə olunandan sonra, fəhlələr işə başlayıb. İş bitəndən sonra, icra hakimiyyəti rəsmiləri fəhlələrə ödəməli olduqları 2000 manatı vermək istəmirlər. İş icraçısı olan fəhlələr bildirir ki, məsələdən icra başçısının da tam məlumatlı olmasına əmindirlər. Azinforum.az-a müraciət edən fəhlələr bizdən bu məsələnin ictimailəşdirməsini xahiş ediblər ki, bəlkə problemlərinə əncam tapılar.

Mövzu ilə bağlı Ağstafa rayon İcra Hakimiyyətinə ünvanladığımız suallara cavab verən tapılmadı. 

Qarşı tərəf kimi onları da dinləməyə hazırıq.
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300