Bakının zülmət küçələri: paytaxtın gecə mənzərəsi (FOTOREPORTAJ)
Bir aydan çoxdur ki, Bakıda uzun illərdir rastlaşmadığımız mənzərəni müşahidə edirik. Paytaxt küçələrində gecələr işıqlar söndürülür , küçə və prospektlər qaranlığa qərq olur. 

Musavat.com-un əməkdaşları Bakının əsas küçə və prospektlərində gecə reydinə çıxıblar. Onların qarşılaşdıqları mənzərəni oxucuların nəzərinə çatdırırıq.

Bakının əsas prospektlərindən biri - Neftçilər prospektində işıqlar tam söndürmür. Bu prospektdə işıq dirəklərindən 50 faizində işıqlar yanır. 





Prezident Administrasiyası və Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi İstiqlaliyyət prospektində işıqlar şəhər meriyasının qarşısına qədər yanır. Oradan başlayaraq işıqlar söndürülür. 

Nəzərə alsaq ki, "Formula 1” yarışları ilə əlaqədar İstiqlaliyyət küçəsində təmir işləri aparılır, qaranlıqda hərəkət edən piyadaların və avtomobil sürücülərinin düşdüyü çətin vəziyyəti başa düşmək olar. 






Üz tutduğumuz növbəti ünvan Xocalı prospektidir. Burda küçə işıqlandırmasından əsər-əlamət yoxdur. Gecə yarısından prospektdə bütün işıqlar söndürülür, piyadalar və avtomobillər qaranlıqda hərəkət etməli olurlar. 








Babək prospekti... Burda da vəziyyət Xocalı prospekti ilə eynidir. Prospekt boyu bütün işıqlar söndürülür. Hətta, körpülərdə də işıqlar yanmır. Babək prospektinin asfalt örtüyü ömrünü çoxdan başa vurub. İki ilə yaxındır prospektin təmirə bağlanacağı bildirilsə də,hələ təmir başlamayıb. Qaranlıq yol və sıradan çıxmış asfalt örtüyü avtomobillər üçün əsl imtahana çevrilirb. 






Həsən Əliyev küçəsində də elektrik enerjisinə qənaət adı ilə işıqlar söndürülür. Bu küçənin yalnız Koroğlu Rəhimov küçəsi ilə kəsişməsi işıqlıdır. Qalan hissələrdə isə zülmət hökm sürür. 







Yasamal rayonu ərazisindəki əksər küçə və prospektlərin bir hissəsi, Mətbuat prospekti, Şəfayət Mehdiyev, Akim Abbasov, Həsən bəy Zərdabi küçələri tam işıqlandırılır. Şərifzadə küçəsinə isə vəziyyət fərqlidir. Bu küçənin yalnız "İnşaatçılar” metro stansiyasının çıxışından keçən hissəsi işıqlandırılır. Şərifzadə küçəsinin qalan hissələri qaranlıq olur. 



Qeyd edək ki, Bakıda küçə işıqlarının söndürülməsi elektrik enerjisinə qənaətlə əsaslandırılır. Düzdür, bu səbəb rəsmi şəkildə səsləndirilməyib, amma ən ağılabatan ehtimal məhz budur. Lakin sürücülər hesab edirlər ki, bu qənaətcil siyasət yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Çünki sürücülər qaranlıq yolları keçmək istəyən piyadaları, eləcə də maneələri görməkdə çətinlik çəkirlər. 

Sonda əlavə edək ki, "Azərişıq” ASC bəzi internet saytlarında Bakının küçə və parklarında işıqlandırılmanın qənaət rejimində olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. "Azərişıq” ASC-nin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:  "Son günlər bəzi internet saytlarında Bakı şəhərinin küçə, park, fasad və s. yerlərin işıqlandırılmasının qənaət rejimində olması ilə bağlı məlumatlar yer alıb, səbəbini isə "Azərişıq” ASC-dən soruşurlar. "Azərişıq” ASC bildirir ki, Bakı şəhəri və bütün regionlarda kifayət qədər elektrik enerjisi var və heç bir qənaətə ehtiyac yoxdur. Bakı şəhəri və digər ölkə şəhərlərinin küçə, park və s. işıqlandırılması müvafiq Şəhər İcra Hakimiyyətlərinin balansındadır. Xahiş edirik ki, suallarınızı Şəhər İcra Hakimiyyətlərinə ünvanlayasınız”.

Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300